VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏR

bax apatridlər.
VƏTƏNDAŞ CƏMİYYƏTİ
VƏTƏNDAŞLIQ
OBASTAN VİKİ
ABŞ Vətəndaşlığı
Amerika Birləşmiş Ştatları vatandaşlığı Amerikalıları ABŞ-də xüsusi hüquqları, vəzifələri və faydaları ilə təmin edən hüquqi bir statusdur . İfadə azadlığı, lazımi müddət, səsvermə(lakin bütün federal seçkilərdə bütün vətəndaşların səs vermək hüququ yoxdur. Məsələn: Puerto Rico) yaşamaq və işləmək və Amerika Birləşmiş Ştatlarından federal yardım almaq hüquqları kimi Amerika Birləşmiş Ştatları Konstitusiyasından və qanunlarından irəli gələn və qorunan əsas hüquqların təməli rolunu oynayır. Vətəndaşlığın həyata keçirilməsi ABŞ-yə sədaqət və onun konstitusiyasını dəstəkləyəcək və müdafiə edəcəyinə dair and içmək də daxil olmaq kimi münasibətləri tələb edir. Vətəndaşlığın iki əsas mənbəyi var: doğum hüququ vətəndaşlığı, şəxsin Birləşmiş Ştatların ərazi sərhədləri daxilində doğulduğu təqdirdə və ya — xaricdə doğulub valideynlərinin Birləşmiş Ştatlar vətəndaşı olduğu halda və qanuni immiqrant kimi vətəndaşlığa müraciət edib naturalizasiya vasitəsilə qəbul olunduğu təqdirdə. Vətəndaşlıq üçün bu iki yol Konstitusiya nın On dördüncü Düzəlişinin Vətəndaşlıq Maddəsində göstərilmişdir: Milli vətəndaşlıq ümumilikdə ölkəyə üzvlüyü bildirir; dövlət vətəndaşlığı, əksinə bir şəxslə müəyyən bir dövlət arasındakı əlaqəni ifadə edir və ümumiyyətlə daxili məsələlərlə məhdudlaşır. Ştat vətəndaşlığı (1) vergi qərarlarını, (2) ali təhsil kimi dövlət tərəfindən təmin edilən bəzi güzəştlər və (3) ABŞ senatoru kimi dövlət siyasi vəzifələrinə uyğunluğu təsir edə bilər. Konstitusiyanın Birinci maddəsində "vahid vətəndaşlıq qaydası" yaratmaq səlahiyyəti açıq şəkildə Konqresə verilir. Amerika Birləşmiş Ştatları qanunları bir çox vətəndaşlığa icazə verir. Amerika Birləşmiş Ştatları vətəndaşı kimi qəbul edilmiş digər ölkələrin vətəndaşları əvvəlki vətəndaşlıqlarını qoruya bilərlər, baxmayaraq ki, digər ölkəyə sədaqətdən imtina etməlidirlər.
Azərbaycan vətəndaşlığı
Azərbaycan vətəndaşlığı — Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının vətəndaşı bəzi hallarda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilər. Azərbaycan vətəndaşlığı əsasən jus sanguinis prinsipinə əsaslanır. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşaması Azərbaycan Respublikası vətəndaşlığının xitamına səbəb olmur. == Vətəndaşlığının əldə edilməsi == Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda. == Vətəndaşlığa qəbul == Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Ermənistan vətəndaşlığı
Ermənistan vətəndaşlığı — şəxsin Ermənistanla onların qarşılıqlı hüquq və vəzifələrinin məcmusunda ifadə olunan sabit hüquqi əlaqəsi. Ermənistan vətəndaşlığı əsasən jus sanguinis prinsipinə əsaslanır. Vətəndaşlıq haqqında qanun 1995-ci il noyabrın 6-da qəbul edilib və 2007-ci ildə Ermənistanda ikili vətəndaşlığa icazə verilib. == Ermənistan vətəndaşlığının alınması == Ermənistan vətəndaşlığı alınır: vətəndaşlığın tanınması yolu ilə; doğuşla; naturalizasiya nəticəsində; vətəndaşlığın bərpası nəticəsində; vətəndaşlığa qrup qəbuluna görə; Ermənistan vətəndaşları tərəfindən övladlığa götürülməsi ilə əlaqədar; Ermənistanın beynəlxalq müqavilələrində nəzərdə tutulmuş digər əsaslarla. Konstitusiyaya görə, Ermənistan xaricdə yaşayan ermənilərə vətəndaşlıq hüququ verir. == Doğuşla Ermənistan vətəndaşlığının alınması == Doğuşdan Ermənistan vətəndaşının alınması: doğulan zaman hər iki valideyni Ermənistan vətəndaşı olan şəxs; doğulan zaman valideynlərindən biri Ermənistan vətəndaşı, digər valideyni isə naməlum və ya vətəndaşlığı olmayan şəxs. == Ermənistan vətəndaşlığının tanınması == Aşağıdakılar Ermənistan vətəndaşları kimi tanınırlar: Ermənistan ərazisində daimi yaşayan, Konstitusiyanın qəbuluna qədər başqa dövlətin vətəndaşlığını almamış və ya bu vətəndaşlıqdan çıxmış Ermənistan SSR-in keçmiş vətəndaşları; SSRİ-nin digər respublikalarının keçmiş vətəndaşları və ya Ermənistan ərazisində daimi yaşayan və 2003-cü il dekabrın 31-dək Ermənistan vətəndaşlığı üçün müraciət etmiş vətəndaşlığı olmayan şəxslər; Ermənistandan kənarda yaşayan və başqa dövlətin vətəndaşlığını almamış Ermənistan SSR-in keçmiş vətəndaşları. == Ermənistan vətəndaşlığının qəbulu == Ermənistan vətəndaşlığı olmayan şəxsə aşağıdakı şərtlərlə vətəndaşlıq verilə bilər: ən azı 18 yaşının olması; qanuni əsaslarla Ermənistan ərazisində ən azı 3 il daimi yaşamaq; erməni dilini bilmək; Ermənistan Konstitusiyasını bilmək. Ermənistan vətəndaşlığı Ermənistanda ən azı 3 il yaşamaq şərti olmadan aşağıdakı hallarda verilə bilər: Ermənistan vətəndaşı ilə nikah və ya digər valideyni Ermənistan vətəndaşı olan uşağın doğulması; Vətəndaşlıq üçün müraciət edənin valideynlərindən biri və ya hər ikisi keçmişdə Ermənistan vətəndaşlığına malik olmuş və ya Ermənistan ərazisində anadan olmuş və 18 yaşına çatdıqdan sonra 3 il ərzində Ermənistan vətəndaşlığı üçün müraciət etmişlər; Ermənistan ərazisində yaşamaq və erməni mənşəli olması. Ermənistan vətəndaşlığını qəbul edən şəxs andın ermənicə mətnini oxumalı və imzalamalıdır.
Gürcüstan vətəndaşlığı
Gürcüstan vətəndaşlığı — Gürcüstanda dövlətin üzvü olma statusu. Vətəndaşlıq almaq üçün, Gürcüstanın vətəndaşlıq qanununa əsasən xarici ölkə vətəndaşları kimi standart qaydada vətəndaşlıq üçün müraciət edə bilərlər. Standart üsulla Gürcüstan vətəndaşlığına müraciət etmək istəyənlər minimum 5 il Gürcüstanda yaşamalıdırlar. Gürcüstan qanunvericiliyi ikili vətəndaşlığı qəbul etmir. Gürcüstan vətəndaşı eyni zamanda başqa ölkənin vətəndaşı olub oranın pasportunu daşıya bilməz. Vətəndaşlıq sənədlərini yalnız Gürcüstan Prezidenti imzalayır və ikili vətəndaşlıq yalnız elə şəxslərə verilir, hansılar ki, Gürcüstan qarşısında xüsusi mahiyyətə malikdirlər və ya Gürcüstan vətəndaşlığına nail olmaq milli maraq daşıyır. Repatriant statusunu əldə etdikdən sonra iki il ərzində sadələşdirilmiş qaydada Gürcüstan vətəndaşlığını almaq imkanı təklif edir. == Repatriasiya haqqında Qanunvericilik == 2007-ci il, İyulun 7-də, Gürcüstan Parlamenti qanun qəbul etdiI: "20-ci əsrin 40-cı illərinin SSR Gürcüstanından məcburi köçkün edilmiş xalqların repatriasiyası" haqqında. Bu qanunun əsas məqsədi 20-ci əsrin 40-cı illərinin SSR Gürcüstanından məcburi köçgün edilmiş xalqların qayıtması üçün qanuni mexanizmlər yaratmaqdır. Bu qanunla yaranmış repatriasiya sistemi tarixi ədalətin bərpa edilməsinə və layiqli və könüllü qayıdış prinsiplərinə əsaslanır və addım-addım repatriasiya edilməyi nəzərdə tutur.
Roma vətəndaşlığı
Roma vətəndaşlığı — Qədim Romada, qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlardan faydalana bilən yüksək sosial və hüquqi status. Qədim Roma qnunvericiliyində vətəndaşlıq daşıyıcısı kişi sayılıdı. Qadınlar vətəndaşlığa və mülkiyyətə sahib olsalar da onlar onun daşıyıcıları sayılmırdılar. Qullar vətəndaşlıqdan mərum olsalar da Antonin Piyin zamanında bir sıra fərdi hüquqlara malik olmuşdular (qulu ağası tərəfindən öldürülməsi perqrinin öldürülməsinə bərabər tutulurdu). Azad olunmuş sakinlər dərhal Roma vətəndaşlığı qazanmış olurdular. Lakin onlar keçmiş ağası qarşısında bəzi mükəlləfiyyətlərə malik olurdular. Buna müştəri ya müttəfiq asılılığı deyilirdiki, buzaman azadlığa buraxılmış öz keçmiş ağasının seçilməsində ona dəsək verməli, onun rəhbəriyi altında həbi işə xidmə göstərməli, bunun müqabilində ağa ona məhkəmə işlərində, ailəsindən kiminsə satın alınmasında qəyyumluq edirdi. E.ə. 49–45-ci il Vətəndaş müharibəsindən sonra Yuli Sezar bütün Italiya ərazisi və Sizalpiya Qalliyası sakinlərinə Roma vətəndaşlığı vermiş olur. Latın vətəndaşlığı — ilkin olaraq Roma tərəfindən istila olunmuş İtaliya sakinlərinə — italiklərə şamil edilirdi sonralar e.ə.
Türkiyə vətəndaşlığı
Türkiyədə vətəndaşlıq qanunu — ilk növbədə "jus sanguinis" prinsipinə əsaslanır. Türkiyəli anadan və ya türkiyəli atadan (nikahda və ya nikahdan kənar) doğulan uşaqlar doğuşdan Türkiyə vətəndaşıdır. Türkiyə vətəndaşlığından çıxmaq (və ya başqa dövlətin vətəndaşlığını əldə etmək) niyyəti Türkiyədə müvafiq şəxsin yaşadığı yerdəki ən yüksək inzibati vəzifəli şəxsə, xaricdə isə Türkiyə konsulluğuna ərizə ilə verilir. Bu orqanlar tərəfindən işlənmiş sənədlər müvafiq tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinə göndərilir. == Vətəndaşlığın tərifi == Türkiyə Konstitusiyasının 66-cı maddəsində vətəndaşlıq belə tərif edilir: == Övladlığa götürmə == Türkiyə vətəndaşı tərəfindən övladlığa götürülən uşaq övladlığa götürmə üçün ərizə verildiyi tarixdə 18 yaşından kiçik olarsa, avtomatik olaraq Türkiyə vətəndaşı olur. Bəzi hallarda (lazım olmasa da) xarici ad daşıyan və Türkiyə vətəndaşlığı üçün müraciət edənlər adlarını türkcə adlara dəyişirlər. Bunu edənlərə misal olaraq futbolçular Kolin Kazım-Riçards və Mehmet Aurelio daxildir.
Dövləti olmayan xalqlar
Dövləti olmayan xalqlar (ing. Stateless nation) — adətən azlıq etnik qruplardır ki, öz ərazi və toprağlarına siyasi nəzarəti və suverenliyi yoxdur və əraziləri iki və ya daha çox qonşu dövlətlər arasında bölünüb və ya müstəmləkə hakimiyyət tərəfindən bir ölkə daxilində milli suverenliyi pozulmuşdur. Məsələn, İranda Azərbaycanlılar, İspaniyada katalanlar, Çində Şərqi Türküstanlılar ilə Tibetlilər, Şri-Lankada Tamillər və s. misal gətirmək olar. == Mənbə == Keating, Michael, Nations Against the State: The New Politics of Nationalism in Quebec, Catalonia and Scotland () (Second), Palgrave, 2001 Levinson, David, redaktorEthnic Groups Worldwide: A Ready Reference Handbook, Phoenix, AZ: The Oryx Press, 1998, ISBN 1573560197 Minahan, James, redaktorEncyclopedia of the Stateless Nations: Ethnic and National Groups Around the World, Westport: Greenwood Press, 2002, ISBN 0313316171 == Xarici keçidlər == Map of European Stateless Nations Arxivləşdirilib 2006-06-23 at the Wayback Machine, published by the advocacy group Eurominority Map of European Stateless Nations By Astur.tk.
Kəskin olmayan maskalama
Kəskin olmayan maskalama –( eng.unsharp masking ) tonal keçidlərin kontrastlığını gücləndirmək hesabına böyük kəskinliyə nail olmaq üçün fotoqrafik görüntünün işlənməsi üsulu. Peşəkar iş üçün nəzərdə tutulmuş proqram məhsullarının əksəriyyətində bu texnika gerçəkləşdirilib. Bu üsuldan lentli fotoqrafiyada da istifadə olunurdu. Ancaq XX əsrin başlanğıcında böyük zəhmət tələb edən bu işin nəticəsi, görüntülərin emalının müasir üsullarından istifadənin nəticələri ilə müqayisə oluna bilməz. Doğrusu, kəskin olmayan maskalama görüntünün kəskinlik dərəcəsini yüksəltmir. O, görüntünün yaradılması prosesinin müxtəlif mərhələlərində (çəkiliş, darama, ölçünün dəyişdirilməsi, poliqrafik canlandırma) itirilmiş detalları bərpa etmir. Kəskin olmayan maskalama görüntünün elə hissələrində lokal kontrastlığı gücləndirir ki, həmin hissələrdə əvvəldən rəngin dərəcələrinin kəskin dəyişiklikləri var idi. Bunun nəticəsində görüntü vizual olaraq daha kəskin qəbul olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yayı olmayan il
"Yayı olmayan il" (ing. “Poverty Year”, “The Summer that Never Was”, “Year There Was No Summer”) — 1816-cı il Şimali Amerikada və Qərbi Avropada çox soyuq keçdiyindən həmin il tarixdə bu adla qalmışdır. Meteoroloji müşahidələrin başlandığı dövrdən bəri ən soyuq il olmuşdur. ABŞ-də 1816-cı ili, həm də “Eighteen hundred and frozen to death” (“Min səkkiz yüz və ölümcül şaxta”) adlandırırlar. 1920-ci ildə amerikalı iqlim tədqiqatçısı Uilyam Hamfreys “Yayı olmayan ili” izah edə bilmişdir. O iqlimdə baş verən dəyişiklikləri Sumbava adlı İndoneziya adasında yerləşən Tambora vulkanının püskürməsi ilə izah etmişdir. Bu püskürmə tarixən müşahidə edilmiş ən güclü vulkan püskürməsi sayılır. 1815-ci ildə baş vermiş bu püskürmə VEİ şkalası üzrə 7 bal gücünə malik idi və atmosferə atılmış 150 km3 kül növbəti illərdə şimal yarımkürəsində vulkanik qış effekti yaratmışdı. Başqa bir məlumata görə, 1809-cu ildə tropiklər ərazisində daha bir vulkan püskürməsi baş vermişdi və onun barəsində yazılı qeydlər olmasa da, onun püskürmə gücü Tambora vulkanı ilə müqayisə edilən idi. Bu iki püskürmənin nəticəsində növbəti onillik (1810-1819) son 550 il ərzində ən soyuq onillik kimi tarixdə qalmışdı .
Azərbaycan poçt markalarında şəxslər siyahısı
Şəxslər haqqında Azərbaycan poçt markalarının siyahısı — Şəxslər ilə əlaqədar olaraq dövriyyəyə buraxılan Azərbaycan poçt markaları. Bu markalar adətən şəxsin yubileyinə həsr olunmuşdur. Həmçinin, idman yarışları və ölkələrarası münasibətlərlə bağlı olaraq da poçt markaları üzərində şəxslər təsvir olunmuşdur. Üzərində şəxsin təsviri olan ilk Azərbaycan poçt markası 1993-cü ildə dövriyyəyə buraxılmışdır. Həmin marka Heydər Əliyevin 70 illiyinə həsr olunmuşdur.
Eyfel qülləsində adı yazılmış şəxslər
=== Yerləşdiyi yer === Eyfel qülləsinin şimal-şərq tərəfi (La Bourdonnais tərəfi kimi də bilinir.
Bank olmayan kredit təşkilatlatı
Bank olmayan kredit təşkilatı — (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. BOKT-nin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra -Mərkəzi Bank) normativ xarakterli aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Bu Qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur. == Lisenziya == Kreditlərin verilməsi üçün BOKT Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) (bundan sonra - lisenziya) almalıdır. Girov əmanəti qəbul etmək üçün BOKT-nin lisenziyasında bu barədə xüsusi icazə olmalıdır. Belə icazə olmadan BOKT-nin girov əmanəti qəbul etməsi qadağandır. BOKT-yə verilən lisenziya müddətsizdir. Lisenziya Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə edilə bilər.. == Maliyyələşdirilmə mənbələri == BOKT-lərin fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər: nizamnamə (şərikli) kapitalı (əmlak haqları) və əldə edilmiş gəlirlər; cəlb edilmiş kreditlər; fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər; qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər.
Bank olmayan kredit təşkilatı
Bank olmayan kredit təşkilatı — (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. BOKT-nin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra -Mərkəzi Bank) normativ xarakterli aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Bu Qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur. == Lisenziya == Kreditlərin verilməsi üçün BOKT Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) (bundan sonra - lisenziya) almalıdır. Girov əmanəti qəbul etmək üçün BOKT-nin lisenziyasında bu barədə xüsusi icazə olmalıdır. Belə icazə olmadan BOKT-nin girov əmanəti qəbul etməsi qadağandır. BOKT-yə verilən lisenziya müddətsizdir. Lisenziya Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə edilə bilər.. == Maliyyələşdirilmə mənbələri == BOKT-lərin fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər: nizamnamə (şərikli) kapitalı (əmlak haqları) və əldə edilmiş gəlirlər; cəlb edilmiş kreditlər; fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər; qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər.
Düzgün olmayan başlanğıc (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Dənizə çıxışı olmayan dövlətlər
Dənizə çıxışı olmayan dövlətlər — coğrafi vəziyyətinə görə dünya okeanına birbaşa çıxışı olmayan ölkələr qrupu. Dünyada hazırda 44 belə dövlət vardır. Onlardan 16-sı Afrikada, 14-ü Avropada, 12-si Asiyada, 2-si Cənubi Amerikada yerləşir. Azərbaycanın da dünya okeanına birbaşa çıxışı yoxdur. Dənizə çıxışı olmayan Özbəkistan və Lixtenşteyn dənizə çıxışı olmayan ölkələrlə əhatə olunublar. Dənizə çıxışı olmayan ölkələr arasında ərazisinə görə ən böyük Qazaxıstan, ən kiçik isə Vatikandır. == Tarix == 1990-cı ildə dünyada dənizə çıxışı olmayan cəmi 30 ölkə var idi. Yuqoslaviyanın parçalanması; Sovet İttifaqı və Çexoslovakiyanın dağılması; Cənubi Osetiya, Eritreya, Monteneqro, Cənubi Sudan və Luqansk Xalq Respublikasının müstəqillik referendumları; və Kosovonun birtərəfli müstəqillik elanı 15 yeni dənizə çıxışı olmayan ölkə və 5 qismən tanınan dənizə çıxışı olmayan dövlət yaratdı, keçmiş dənizə çıxışı olmayan Çexoslovakiya isə 1 yanvar 1993-cü ildə mövcudluğunu dayandırdı. == Dünya okeanına çıxışı olmayan dövlətlərin siyahısı == === Asiya === Azərbaycan Butan Ermənistan Əfqanıstan Qazaxıstan Qırğızıstan Laos Monqolustan Nepal Özbəkistan Tacikistan Türkmənistan[1] Bu dövlətlərin birbaşa okeana çıxışı yoxdur.
Olmayan biri (film, 2019)
Kim olduğumu düşünürsən (fr. Celle que vous croyez) — Safi Nebbunun rejissorluğu ilə 2019-cu ildə istehsal edilmiş Fransa dram filmi. Filmdə əsas rolları Jülyet Binoş, Fransua Sivil və Nikol Qarsiya canlandırırlar. Filmin premyeası 10 fevral 2019-cu ildə 69-cu Berlin Beynəlxalq Film Festivalında baş tutmuşdur. 3 oktyabr 2019-cu ildən filmin kinoteatrlarda çıxarılacağı gözlənilir. Bir neçə il əvvəl həyat yoldaşının xəyanəti və boşanmanın ağır psixoloji təsirinə məruz qalan Kler (Jülyet Binoş) tədricən həyatını qaydaya salmağa çalışır. O, universitetdə dərs deyir, iki övladını böyüdür və müntəzəm olaraq gənc sevgilisi ilə vaxt keçirir. Lakin, bir gün gənc oğlan heç bir xəbər vermədən yoxa çıxır. Klerin yenicə stabilləşən dünyası dağılır. Ümidsizlikdən xilas olmaq üçün Kler Facebookda saxta profil yaradır və özünü 24 yaşlı cazibədar Klara kimi təqdim etməyə başlayır.
Ordusu olmayan ölkələrin siyahısı
Silahlı qüvvələri olmayan ölkələrin siyahısı — rəsmi olaraq silahlı qüvvələrə malik olmayan suveren dövlətlərin siyahısı. Bu siyahıda Quam, Bermuda adaları və Puerto-Riko kimi asılı ərazilər götürülmür. Asılı ərazilərin müdafiə ehtiyacını başqa ölkələr qarşılayır. Burada "silahlı qüvvələr" termini hökumət tərəfindən maliyyələşdirilən və həmin hökumətin daxili və xarici siyasətində istifadə edilən hər hansı bir müdafiə orqanına deyilir. Bu siyahıda olan bəzi ölkələrin (məsələn, İslandiya və Monako) daimi ordusu yoxdur, buna baxmayaraq onlar qeyri-polis hərbi qüvvəyə malikdirlər. Burada adı sadalanan 21 ölkənin çoxunun keçmiş bir işğalçı ölkə ilə uzun müddətli sazişi var. Buna bir misal olaraq Fransa və Monako arasındakı sazişi götürmək olar. Onlar arasındakı saziş 1918-ci ildə imzalanmışdır. Azad Assosiasiya Sazişi (abr. AAS) ölkələri olan Marşall adaları, Mirkoneziya Federativ Ştatları (abr.
Dənizə çıxışı olmayan ölkələr
Dənizə çıxışı olmayan dövlətlər — coğrafi vəziyyətinə görə dünya okeanına birbaşa çıxışı olmayan ölkələr qrupu. Dünyada hazırda 44 belə dövlət vardır. Onlardan 16-sı Afrikada, 14-ü Avropada, 12-si Asiyada, 2-si Cənubi Amerikada yerləşir. Azərbaycanın da dünya okeanına birbaşa çıxışı yoxdur. Dənizə çıxışı olmayan Özbəkistan və Lixtenşteyn dənizə çıxışı olmayan ölkələrlə əhatə olunublar. Dənizə çıxışı olmayan ölkələr arasında ərazisinə görə ən böyük Qazaxıstan, ən kiçik isə Vatikandır. == Tarix == 1990-cı ildə dünyada dənizə çıxışı olmayan cəmi 30 ölkə var idi. Yuqoslaviyanın parçalanması; Sovet İttifaqı və Çexoslovakiyanın dağılması; Cənubi Osetiya, Eritreya, Monteneqro, Cənubi Sudan və Luqansk Xalq Respublikasının müstəqillik referendumları; və Kosovonun birtərəfli müstəqillik elanı 15 yeni dənizə çıxışı olmayan ölkə və 5 qismən tanınan dənizə çıxışı olmayan dövlət yaratdı, keçmiş dənizə çıxışı olmayan Çexoslovakiya isə 1 yanvar 1993-cü ildə mövcudluğunu dayandırdı. == Dünya okeanına çıxışı olmayan dövlətlərin siyahısı == === Asiya === Azərbaycan Butan Ermənistan Əfqanıstan Qazaxıstan Qırğızıstan Laos Monqolustan Nepal Özbəkistan Tacikistan Türkmənistan[1] Bu dövlətlərin birbaşa okeana çıxışı yoxdur.
Mövcud olmayan diyara qayıdış
Piter Pen 2 (ing. Piter Pan 2) — 2002-ci ildə istehsal olunmuş cizgi filmidir. 1953-cü ildə çəkilmiş Piter Pen cizgi filminin davamıdır. Digər adları "Mövcud olmayan diyara qayıdış" (ing. Return to Never Land) və "Piter Pen 2: Mövcud olmayan diyara qayıdış" (ing. Peter Pan 2: Return to Never Land) kimi səslənir. Cizgi filmi ingilis yazıçısı Ceyms Metyu Barrinin "Piter və Vendi" (ing. Peter and Wendy) əsəri əsasında hazırlanmışdır. Cizgi filminin DVD göstərilişi 20 avqust 2002-ci il tarixində baş tutmuşdur. Piter Pen 2 — Internet Movie Database saytında.
Şəxslər haqqında Azərbaycan poçt markalarının siyahısı
Şəxslər haqqında Azərbaycan poçt markalarının siyahısı — Şəxslər ilə əlaqədar olaraq dövriyyəyə buraxılan Azərbaycan poçt markaları. Bu markalar adətən şəxsin yubileyinə həsr olunmuşdur. Həmçinin, idman yarışları və ölkələrarası münasibətlərlə bağlı olaraq da poçt markaları üzərində şəxslər təsvir olunmuşdur. Üzərində şəxsin təsviri olan ilk Azərbaycan poçt markası 1993-cü ildə dövriyyəyə buraxılmışdır. Həmin marka Heydər Əliyevin 70 illiyinə həsr olunmuşdur.
Silahlı qüvvələri olmayan ölkələrin siyahısı
Silahlı qüvvələri olmayan ölkələrin siyahısı — rəsmi olaraq silahlı qüvvələrə malik olmayan suveren dövlətlərin siyahısı. Bu siyahıda Quam, Bermuda adaları və Puerto-Riko kimi asılı ərazilər götürülmür. Asılı ərazilərin müdafiə ehtiyacını başqa ölkələr qarşılayır. Burada "silahlı qüvvələr" termini hökumət tərəfindən maliyyələşdirilən və həmin hökumətin daxili və xarici siyasətində istifadə edilən hər hansı bir müdafiə orqanına deyilir. Bu siyahıda olan bəzi ölkələrin (məsələn, İslandiya və Monako) daimi ordusu yoxdur, buna baxmayaraq onlar qeyri-polis hərbi qüvvəyə malikdirlər. Burada adı sadalanan 21 ölkənin çoxunun keçmiş bir işğalçı ölkə ilə uzun müddətli sazişi var. Buna bir misal olaraq Fransa və Monako arasındakı sazişi götürmək olar. Onlar arasındakı saziş 1918-ci ildə imzalanmışdır. Azad Assosiasiya Sazişi (abr. AAS) ölkələri olan Marşall adaları, Mirkoneziya Federativ Ştatları (abr.
Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında qanun
Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında qanun - Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlıq normalarını müəyyən edən qanunvericilik aktı. == Qəbul edilməsi == 1919 il avqustun 11 –də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən qəbul edilmişdir. == Bölmələri == Qanun 4 bölmədən ibarət idi: Vətəndaşlığın müəyyən edilməsi; Vətəndaşlığın verilməsi; Vətəndaşlığın itirilməsi; Azərbaycan vətəndaşlığı haqqında 1918 il 23 avqust tarixli Əsasnamənin qüvvədən düşməsi. Qanunun birinci bölməsinin 1-ci maddəsinə əsasən, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, özləri və ya valideynləri Azərbaycan Xalq Cümhuriyyəti ərazisində doğulmuş keçmiş Rusiya imperiyası vətəndaşları Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşları hesab olunurdu == Mahiyyəti == Qanuna görə, Azərbaycan vətəndaşlarından doğulanlar, Azərbaycan vətəndaşlarına ərə getmiş xarici vətəndaşlar, 17 yaşı tamam olmamış və Azərbaycan vətəndaşı tərəfindən övladlığa götürülmüş xarici vətəndaşlar Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşı hüququ qazanırdılar. Xarici vətəndaşa ərə getmiş Azərbaycan vətəndaşı boşandıqda, 17 yaşına çatmamış Azərbaycan vətəndaşının xarici vətəndaşdan doğulmuş övladı, elmi və digər istedadı ilə Azərbaycana xüsusi xidmət göstərmiş və Azərbaycana köçmüş xarici vətəndaş, Azərbaycanda hərbi və mülki xidmətdə olan xarici vətəndaş da Azərbaycan vətəndaşlığı hüququ əldə edirdi. Azərbaycan vətəndaşlığını qəbul edən hər bir şəxs Azərbaycan dövlətinə sədaqət barədə Əsasnamədə olan xüsusi mətn əsasında and içməli idi Azərbaycan vətəndaşı başqa ölkənin vətəndaşlığını qəbul etdikdə o, Azərbaycan vətəndaşlığı hüququnu itirirdi. Azərbaycan vətəndaşlığından çıxmaq istəyən şəxslər yerli dairə məhkəmələrinin inzibati bölməsinə ərizə ilə müraciət etməli və öz ərizələrində hansı ölkənin vətəndaşlığını qəbul etdiklərini bildirməli idilər. Azərbaycan vətəndaşlığından çıxmış şəxs yenidən Azərbaycan vətəndaşlığına qayıtmaq barədə yalnız 5 ildən sonra ərizə ilə müraciət edə bilərdi. İcazəsiz olaraq xarici vətəndaşlığı qəbul etmiş şəxslər isə yalnız Cümhuriyyət Hökuməti daxili işlər nazirinin xüsusi icazəsi ilə yenidən Azərbaycan vətəndaşlığını qəbul edə bilərdilər. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlıq andı Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında əsasnamə == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında qanun maddəsi.
Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında əsasnamə
Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında əsasnamə - Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlıq normalarının müəyyən edən hüquqi sənəd. == Qəbul edilməsi == Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il 23 avqust tarixli qərarı ilə təsdiq olunmuşdur. == Mahiyyəti == Əsasnamənin birinci maddəsinə görə, 1914 il iyulun 19-na qədər Azərbaycan XalqCümhuriyyətinin ərazisində yaşamış və hər hansı inzibati idarə və ya ictimai zümrə tərəfindən qeydə alınmış hər bir şəxs, həmçinin istər ölkə daxilində və ya onun xaricində Azərbaycan vətəndaşından doğulmuş, ölkə ərazisində 5 ildən yuxarı yaşamış və ölkədə məskunlaşmış, yəni evləri, iş yerləri olan şəxslər Azərbaycan vətəndaşı hesab edilirdi. Xarici vətəndaş Azərbaycan vətəndaşı ilə nikaha girdikdə o, Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşı hesab olunurdu. Azərbaycan vətəndaşı eyni vaxtda başqa ölkənin vətəndaşı ola bilməzdi. Yalnız Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşları ölkədəki bütün siyasi hüquqlara (mərkəzi qanunvericilik və yerli özünüidarə orqanlarına seçki-lərdə fəal və passiv iştirak etmək hüququna və s. hüquqlara) malik idilər. Əsasnaməyə görə, Hökumətə xarici ölkə vətəndaşlarının dövlət qulluğuna dəvət etmək səlahiyyəti verilirdi. Əsasnamədə xarici vətəndaşın Azərbaycan vətəndaşlığını qəbul etməsi və ya Azərbaycan vətəndaşının digər ölkənin vətəndaşlığına keçməsi qaydalarının xüsusi qanunla müəyyən ediləcəyi qeyd olunmuşdu. == Ləğvi == 1919 il avqustun 11-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Azərbaycan Vətəndaşlığı Haqqında Qanun qəbul edildikdən sonra Hökumətin Azərbaycan Vətəndaşlığı Haqqında Əsasnaməsi qüvvədən düşdü.
Paytaxtları ölkənin ən iri şəhəri olmayan ölkələrin siyahısı
Bu ölkənin ən iri şəhəri olmasa da paytaxt olan şəhərlərin siyahısıdır.
Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan və ermənilər tərəfindən işğal olunmuş 7 rayon
Dağlıq Qarabağın ətrafında Ermənistan tərəfindən işğalı olunmuş Azərbaycan əraziləri — keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, Birinci Qarabağ müharibəsi (1988–1994) dövründə Ermənistan tərəfindən işğal olunmuş və İkinci Qarabağ müharibəsi başlanana qədər işğal altında qalmış ərazi. == Ərazilər haqqında ümumi məlumat == 12.05.1994–27.09.2020 tarixləri aralığında bu ərazilərin aid olduğu inzibati rayonlar: Kəlbəcər rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 02.04.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 25 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir. Laçın rayonu — 1992–1993-cü illərdə bütün ərazisi (o cümlədən 18.05.1992 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr atəşkəs bəyanatının şərtlərinə əsasən işğaldan azad edilmiş, rayon mərkəzi daxil olmaqla Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilmişdir. Məlum bəyanatın şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ yol hazır olduqan sonra − 26.08.2022-ci ildə Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Qubadlı rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 31.08.1993 tarixində rayon mərkəzi) işğal olunub. II Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 2020-ci il 25 oktyabr tarixində ASQ tərəfindən Qubadlı rayonunun inzibati mərkəzi olan Qubadlı şəhərinin işğaldan azad edildiyi İlham Əliyev tərəfindən bəyan edilmişdir.

Digər lüğətlərdə